Benzema Ronaldu və Messinin rekordunu təkrarladı

28 Oktyabr 2020 15:25

Çempionlar Liqasının qrup mərhələsində "Borussiya"(Mönhenqladbax) ilə matç (2:2) "Real"ın futbolçusu Kərim Benzema üçün əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu görüşün 87-ci dəqiqəsində rəqib qapısına yol tapıb. Beləliklə, Almaniya təmsilçisi Benzemanın bu turnirdə qol vurduğu 30-cu komanda olub.

Fransalı oyunçu bu nəticə ilə "Yuventus"un futbolçusu Kriştianu Ronaldu və "Barselona"nın kapitanı Lionel Messinin uğurunu təkrarlayıb. 

Qeyd edək ki, B qrupunun turnir cədvəlinə 4 xalla "Şaxtyor" başçılıq edir. "Borussiya" 2 xalla 2-ci dir. Eyni xalı olan "İnter" 3-cü pillədə qərarlaşıb. Aktivinə yalnız 1 xal yazdırmağı bacaran "Real" isə sonuncudur. 

Milli.Az