ÇL-də ötən mövsümün ən sürətli futbolçuları

28 Oktyabr 2020 14:19

Çempionlar Liqasının 2019/20 mövsümünün ən sürətli futbolçuları müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu göstərici üzrə ötən mövsümün ən yaxşısı PSJ-nin hücumçusu Kilian Mbappe olub.

O, "Bavariya" ilə matçda 33.98  km/saat sürətlə qaçıb. "Leypsiq"in futbolçusu Lukas Klostermann (33.82 km/s) 2-ci, "Atalanta"nın oyunçusu Hans Hatebur (33.71 km/s) isə 3-cüdür.

Qeyd edək ki, turnirin son qalibi "Bavariya" olub.

Milli.Az