Qarabağdakı quldur rejimin başçısından köməkçisinə ön cəbhədə “vacib” vəzifə: kartof soyur - FOTO

28 Oktyabr 2020 10:22

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların başçısının köməkçisi Rudik Usnunts sosial şəbəkədə paylaşdığı foto ilə gülüş hədəfinə çevrilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, görüntülərdə R.Usnuntsun hərbi formada kartof soyması əks olunub.

Sosial şəbəkə istifadəçiləri ona bu "vacib" vəzifənin şəxsən quldur rejimin başçısı tərəfindən həvalə olunduğunu qeyd ediblər.

Həmin fotonu təqdim edirik:

Milli.Az