UEFA reytinqində İspaniya zirvədə, Azərbaycan 26-cı yerdə qaldı

28 Oktyabr 2020 10:28

Avrokubokların növbəti oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Çempionlar Liqasının qrup mərhələsinin II turunun ilk 8 qarşılaşmasından sonra cədvəldə bəzi dəyişikliklər olub.

Bu, yalnız xal hesablarında əksini tapıb. Qitənin 55 ölkəsinin heç birinin mövqeyi dəyişməyib.

Cədvəlin ilk pilləsində 82,997 xala malik İspaniya qərarlaşıb. İngiltərə 2-ci, İtaliya 3-cü sıradadır.

Azərbaycan 26-cı sırada qalıb. Ölkəmizin aktivində 16,625 xal var.

Milli.Az