Ermənilər döyüşə girmək istəmirlər: 2000 əvəzinə 300 nəfər gəldi

28 Oktyabr 2020 09:22

Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsi prosesi davam edir.

Milli.Az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, döyüşlərə cəlb etmək məqsədilə 2000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq cəmi 300 nəfəri toplamaq mümkün olub.

Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina edirlər.

Milli.Az