Ceyhun Bayramov Türkiyəyə təşəkkür etdi

28 Oktyabr 2020 07:14

"Sevincimizi və kədərimizi bölüşən qardaş Türkiyə, çox sağ ol!"

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov öz "Twitter" hesabında yazıb.

"Ermənistanın növbəti müharibə cinayətini şiddətlə qınayır və düşmənin namərd hücumunun qurbanlarının ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildiririk! Vətən sağ olsun!",- deyə nazir əlavə edib.

Milli.Az