Əlcəzairin prezidenti xəstəxanaya yerləşdirilib

27 Oktyabr 2020 23:07

Əlcəzairin prezidenti Abdelmacid Tebbun həkimlərin tövsiyələrinə əsasən xəstəxanaya yerləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Əlcəzair prezidentinin Administrasiyasından bildiriblər.

Məlumata əsasən, hərbi hospitala yerləşdirilən Əlcəzair prezidentinin vəziyyətində narahatlıq doğuran bir məqam yoxdur: "Onun vəziyyəti stabildir və heç bir narahatlıq doğurmur".

Bildirilir ki, A.Tebbun vəzifələrini xəstəxanadan icra etməyə davam edir.

Milli.Az