FİFA-nın prezidenti koronavirusa yoluxub

27 Oktyabr 2020 20:48

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə FİFA-nın mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, 50 yaşlı C.İnfantinoda xəstəliyin yüngül simptomları var. FİFA-nın prezidenti özünü təcrid edib və ən azı 10 gün karantində qalacaq.

Milli.Az