Prezidentin köməkçisi: “Ermənistan Azərbaycan Silahlı Qüvvələrini vadar edir ki, sərhəddə əks-həmlə tədbirləri həyata keçirsin”

27 Oktyabr 2020 19:54

"Ermənistan Zəngilan və Qubadlı istiqamətində Azərbaycan-Ermənistan sərhədinin olduğunu qəbul etməlidir".

Milli.Az bildirir ki, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, sərhədin əks istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumlar həyata keçirilir və bu, Azərbaycan Silahlı Qüvvələrini vadar edir ki, əks-həmlə tədbirləri həyata keçirsin: "Ermənistan Azərbaycanın sərhədlərinə hörmət etməlidir".

Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəf seçməsinin cinayət əməli olduğunu vurğulayan Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri düşmənə döyüş meydanında layiqli cavab verir.

Milli.Az