Çavuşoğlu və Lavrov Qarabağdakı vəziyyəti müzakirə edib

27 Oktyabr 2020 18:17

Rusiya və Türkiyənin Xarici İşlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Dağlıq Qarabağ məsələsini, eləcə də Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Milli.Az