Məşhur müğənni qan içində çimir? - FOTO
5 Yanvar 2012 10:17
Londondakı otellərdən birinin əməkdaşlarının dediklərinə görə, 25 yaşlı amerikalı müğənninin qaldığı nömrənin vanna otağında çoxlu qan izləri vardı. Qan vannada daha çoxdur. Otel işçilərinin fikrincə, Ledi Qaqa vannanı qanla dolduraraq orada çimib.
Milli.Az "Entertaiment"ə istinadən bildirir ki, müğənni şər ruhlarla mübarizə aparmaq üçün satanist ayinləri icra etməkdə suçlanır.
Londondakı "Intercontinental Hotel"in əməkdaşlarının dediklərinə görə, Ledi Qaqanın qaldığı lüks apartamenti yığışdırmağa gedəndə oradakı vannanın qan içində olduğunu görəndə şoka düşüblər.
Ledi Qaqanın mətbuat xidməti isə bildirib ki, vannadakı qırmızı məhlul qan yox, müğənninin səhnə obrazlarının birinin yaradılmasında istifadə edilmiş xüsusi mayedir.
Xatırladaq ki, məşhur aktrisa, Hollivud ulduzu Ancelina Coli ikinci əri Billi Bob Torntonla nikahda olarkən boynunda həyat yoldaşının qanı olan flakon gəzdirirdi. Belə flakondan Billinin də boynunda vardı.
"Intercontinental Hotel Group" isə London otelindəki olayla bağlı heç bir açıqlama verməyib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: EPA, AFP, Getty İmages