Qrizmann “Barselona”dan gedə bilər

27 Oktyabr 2020 18:09

Fransa millisinin futbolçusu Antuan Qrizmann karyerasını vətənində davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadla bildirir ki, İspaniya "Barselona"sının hücumçusu "Lion"un maraq dairəsindədir.

Liqa1 təmsilçisi Antuanı icarəyə götürmək niyyətindədir. Forvard Barselonanın eyniadlı təmsilçisinin yeni baş məşqçisi Ronald Kumanın ümidlərini doğrultmur. Bu üzdən də klub onu satmağa və ya icarəyə verməyə hazırdır.

Əgər Qrizmann "Lion"da oynamağa razılıq versə, Memfis Depay əks istiqamətdə hərəkət edəcək. Müqaviləsi 2021-ci ilin yayında başa çatacaq sonuncu ispaniyalıların transfer siyahısındadır.

Qeyd edək ki, cari mövsüm La Liqada 5 oyun keçirən Qrizmann qola həsrət qalıb.

Milli.Az