Ermənistan əks-kəşfiyyat idarəsinin rəisi işdən çıxarıldı

27 Oktyabr 2020 14:41

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarəsinin rəisi, general-mayor Ohannes Karumyan vəzifəsindən azad edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, məlumatı Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Artur Qorqyan təsdiqləyib.

O.Karumyanın işdən azad edilməsinin səbəbləri açıqlanmayıb.

Milli.Az