Ermənistan sərhəd qoşunlarının itkilərini açıqladı

27 Oktyabr 2020 13:49

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının Dağlıq Qarabağ münaqişə zonasında itkiləri açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu müddət ərzində Sərhəd qoşunlarının 37 qullquçusu həlak olub.

Bundan başqa, 4 nəfər itkin düşüb, 243 nəfər isə yaralanıb.

Qeyd edək ki, sərhəd qoşunlarının komandanı Vaginak Sarkisyan ötən gün vəzifəsindən azad edilib.

Milli.Az