Pakistanda mədrəsədə terror aktı törədilib, ən azı 8 nəfər ölüb - YENİLƏNİB - FOTO

27 Oktyabr 2020 15:00

15:00

Pakistanın Pişəvər əyalətində mədrəsədə partlayış törədilib, nəticəsində ən azı 8 nəfər ölüb, 125-dən çox adam yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, polis partlayış zamanı mədrəsədə təxminən 40-50 uşağın olduğunu açıqlayıb.

Bildirilib ki, mədrəsədə təxminən 1 100 nəfər təhsil alır. Partlayış baş verərkən mədrəsədə 22-28 yaş arasındakı şəxslər olub.

Terror aktı zamanı 5 kiloqram partlayıcı maddədən istifadə olunub. 

---------

13:57

Pakistanın Heybər-Pahtunhva vilayətində bir mədrəsədə baş verən partlayış nəticəsində 7 tələbə həlak olub, uşaqlar da daxil olmaqla 70 nəfər yaralanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, partlayış vilayətin Pişəvər bölgəsindəki mədrəsədə bir mühazirə zamanı baş verib.

Vilayət komissarı Mansur Aman ilk yoxlama hesabatlarına görə, hadisədə kustar üsulla hazırlanmış 5 kiloqramlıq partlayıcıdan istifadə edildiyini bildirib.

Partlayış yerinə çox sayda təcili yardım və yanğınsöndürən cəlb edilib.

Hücumun məsuliyyətini hələ heç bir terror təşkilatı öz boynuna götürməyib.

Milli.Az