"Ermənistanda xidmət edən hər bir rusiyalı əsgər, bir erməni əsgərinin Dağlıq Qarabağa yollanmasına imkan yaradır"

27 Oktyabr 2020 14:58

Ermənistanda xidmət edən hər bir rusiyalı əsgər, bir erməni əsgərinin Dağlıq Qarabağa yollanmasına imkan yaradır.

Trend-in məlumatına görə, bunu "Heritage Foundation" Beynəlxalq Siyasət Mərkəzinin direktoru Lük Koffi Ermənistanın Azərbaycanla sərhədində Rusiyanın səhra düşərgəsinin salınması barədə görüntüləri şərh edərkən öz "Twitter" səhifəsində yazıb.

O bildirib: "Ermənistanda xidmət hər bir rusiyalı əsgər, bir erməni əsgərini bu ölkədə xidmətdən azad edir və Dağlıq Qarabağa yollanmasına imkan yaradır. Bu, yalnız hərbi toqquşmaları uzadır və ölümlərin sayını artırır".

Milli.Az