Polis əhaliyə müraciət etdi

27 Oktyabr 2020 14:25

Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib.

Nazirlikdən MilliAz-a verilən məlumata görə, müraciətdə deyilir:

"Koronavirusla mübarizəmiz davam edir. Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq. Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik".

Milli.Az