Azərbaycan ordusunun işğaldan azad etdiyi 172 məntəqə interaktiv xəritədə - VİDEO

27 Oktyabr 2020 11:34

Azərbaycanın işğaldan azad etdiyi ərazilərlə bağlı hazırlanan interaktiv xəritə növbəti dəfə yenilənib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, həmin xəritədə sentyabrın 27-dən başlayaraq bu günə kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarına cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində azad edilən 4 şəhər, 3 qəsəbə, 165 kənd və Murovdağ zirvəsi qeyd olunub.

Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Azərbaycan torpaqları müvafiq tarixi ardıcıllıqla sıralanıb.

Milli.Az