Bombardir klub tarixinə düşdü

27 Oktyabr 2020 10:39

"Tottenhem"in futbolçusu Hun-Min Son klubun tarixinə düşüb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, cənubi koreyalı yarımmüdafiəçi Premyer Liqanın VI turunda "Bernli" ilə görüşdə fərqlənməklə unikal göstəriciyə imza atıb.

Son liqa tarixində klubun ilk 3 səfər görüşündə 6-dan çox qol vuran birinci futbolçu olub. "Bernli" ilə görüşdə cari mövsümdəki qol sayını 8-ə çatdıran 28 yaşlı hücumameyilli futbolçu bombardirlər yarışına başçılıq edir. Hun-Min Son bu mövsüm bütün turnirlərdə 10 qol vurub, 4 məhsuldar ötürmə verib.

Qeyd edək ki, "Bernli" üzərində 1:0 hesablı qələbə qazanan "Tottenhem" 11 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Milli.Az