Serxio Ramos İngiltərə klubunun hədəfində

27 Oktyabr 2020 09:55

İngiltərənin "Arsenal" klubu İspaniya millisinin futbolçusu Serxio Ramosu transfer etmək niyyətindədir.

Milli.Az apasport.az-a istinadla bildirir ki, London təmsilçisi şərəfini qoruduğu "Real"la yeni müqavilə barədə razılıq əldə edə bilməyən müdafiəçinin xidmətində maraqlıdır.

Yayda azad agent statusu alacaq futbolçunu pulsuz heyətə qatmaq imkanı Premyer Liqa klubunun planlarına uyğundur. Ramos madridlilərlə yeni anlaşmaya imza atmasa, "topçular" ona təklif göndərəcəcək.

Qeyd edək ki, Ramosla "Real" müqavilənin müddəti ilə bağlı ortaq məxrəcə gələ bilmir.

Milli.Az