"Real"ın futbolçusu 1 ay oynamayacaq

27 Oktyabr 2020 09:39

"Real"ın futbolçusu Naço növbəti matçlarda komandasına kömək edə bilməyəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, La Liqanın 7-ci turunda "Barselona" ilə görüşdə zədələnən 30 yaşlı müdafiəçinin ən azı 4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, Naço bu mövsüm La Liqada 3 matçda 1 sarı vərəqə alıb.

Milli.Az