Bu gün Çempionlar Liqasında 2-ci tura start veriləcək.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 8 matç keçiriləcək.
Çempionlar Liqasının qalibi "Bavariya" səfərdə "Lokomotiv"lə qarşılaşacaq. Qrupun digər matçında "Atletiko" "Zalsburq"u qonaq edəcək.
B qrupunda "Şaxtyor" öz meydanında "İnter"lə görüşəcək. Mönhenqladbaxda "Borussiya" "Real"la üz-üzə gələcək.
"Porto" evdə "Olimpiakos"u qəbul edəcək. C qrupunun favoriti "Mançester Siti" Fransada "Marsel"in qonağı olacaq.
D qrupunda "Liverpul" "Midtülland"ı sınağa çəkəcək. "Atalanta" isə "Ayaks"la münasibətlərinə aydınlıq gətirəcək.
27 oktyabr
Çempionlar Liqası, 2-ci tur
A qrupu
21:55. "Lokomotiv" (Moskva, Rusiya) - "Bavariya" (Almaniya)
00:00. "Atletiko" (İspaniya) - "Zalsburq" (Avstriya)
B qrupu
21:55. "Şaxtyor" (Ukrayna) - "İnter" (İtaliya)
00:00. "Borussiya" (Mönhenqladbax, Almaniya) - "Real" (İspaniya)
C qrupu
00:00. "Porto" (Portuqaliya) - "Olimpiakos" (Yunanıstan)
00:00. "Marsel" (Fransa) - "Mançester Siti" (İngiltərə)
D qrupu
00:00. "Liverpul" (İngiltərə) - "Midtülland" (Danimarka)
00:00. "Atalanta" (İtaliya) - "Ayaks" (Niderland)
Milli.Az