Bakıda qadını avtomobil vurub

27 Oktyabr 2020 08:23

Paytaxtın Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  hadisə 8-ci kilometr bazarının qarşısında qeydə alınıb.

Hadisə 1975-ci il təvəllüdlü Abbasova Kəmalə Əzizağa qızı yolun müəyyən edilməmiş hissəsindən keçərkən baş verib. Onu minik avtomobili vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Baş vermiş yol-nəqliyyatı hadisəsinin təfərrüatlarını Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Milli.Az