Biləsuvarda "QAZel" yanıb

27 Oktyabr 2020 07:15

Biləsuvar rayonunun Yuxarı Ağalıkənd kəndində " QAZel" markalı yük avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Milli.Az