Linkedin "Hekayələri" Azərbaycanda aktivləşdi!

27 Oktyabr 2020 21:50

Xatırlayırsınızsa bir müddət öncə xəbər vermişdik ki, Linkedin sosial media platformasında  "stories"lər aktivləşib. Bu funksiya bir neçə ölkədə çalışırdı və test rejimində idi.

Milli.Az techland.az-a istinadən bildirir ki, artıq Azərbaycandaki istifadəçilərin hesablarında hekayələr aktivləşməyə başlayıb. Həm şəxsi profildə, həm də idarə etdiyiniz səhifələrdə storieslər yayımlamaq mümkündür.

Sizcə Linkedin digər sosial media platformaları kimi bu imkanı aktiv şəkildə istifadə edə biləcəkmi?

Milli.Az