Bayraqdarın növbəti hədəfi - Döyüşən PUA

27 Oktyabr 2020 19:50

Döyüş meydanında uğurla sınaqdan çıxan "Bayraqdar"ın istehsalçı şirkəti "Baykar" gələcək hədəflərini açıqlayıb. Şirkət növbəti mərhələdə "Döyüşən PUA"ların istehsalına başlayacağını bildirib.

Milli.Az techland.az-a istinadən bildirir ki, şirkət dünya ictimaiyyətinin və müdafiə sənayesi üzrə mütəxəssislərinin açıqlamalarını nəzərə alaraq, hazırda hazırlanmaqda olan döyüş təyyarələrinin son pilotlu döyüş təyyarələri olacağını təxmin edir.

Baykar, pilotsuz hava vasitələri texnologiyasının dünyadakı mövcud önəmini nəzərə alaraq bu sahədə innovativ yenilikləri tətbiq etməklə sektorun lideri olmaq niyyətin açıqlayıb. Şirkətdən bildirilib ki, növbəti hədəfləri olan "Döyüş PUA"larının hazırlanması istiqamətində ilkin addımlar atılıb. Hal-hazırda dünyanın müxtəlif yerlərində həqiqi döyüş şəraitində istifadə olunan "Bayraqdar TB2" pilotusz hava vasitələrinə əlavə silahlanma və məhv etmə qabiliyyəti tətbiq olunur ki, bunu "Döyüş Pua"ları texnologiyalarının hazırlanmasında ilk addım hesab etmək olar. Baykar tərəfindən hazırlanan "Akıncı Assault" PUA-sı da, "Döyüşən Pua" texnologiyası istiqamətində önəmli addımlardan sayılır.

Milli.Az