Twitter hesabınızın bağlanmaması üçün bunları edin

27 Oktyabr 2020 23:40

Twitter kütləvi şəkildə Azərbaycanlıların hesabların bağlayır. Buna səbəb yeni hesabların "saxta" kimi görünməsidir.

Hesabların bloklanmaması üçün:

1. Hesabın açılması - yalnız bir profil açın və onu nömrənizlə verifikasiya edin.

2. Profilin tərtibi - Profilinizin tərtibatına fikir verin. Profil və "cover" şəkillərindən istifadə edin. Əlavə olaraq real adınızı və məlumatlarınızı qeyd edin.

3. Paylaşım - "Robot kimi" eyni yazını dəfələrlə paylaşmayın və təhqiredici ifadələr işlətməyin.

4. Spam etməyin - Eyni mesajı çoxlu sayda insana göndərməyin və tez-tez "follow-unfollow" etməyin.

5. "Like" və "retwit" - Post paylaşmaqdan əlavə olaraq digər twitt'ləri də aktiv şəkildə "like" və "retwit" edin.

Bunları edərək informasiya müharibəsindən geri qalmayın!

Milli.Az