Əhməd Davudoğlu Ermənistanın qərarını Hillari Klintonla müzakirə edib

23 Aprel 2010 19:18
Əhməd Davudoğlu bildirib ki, bu, Ermənistanın seçdiyi yoldur: "Təbii ki, onların daxili proseslərinə müdaxilə etməyimiz barədə düşünülə bilməz. Əsas məsələ prosesin davam etdiyinin vurğulanmasıdır. Ümid edirik ki, Ermənistanda və Türkiyədə ən qısa zamanda uyğun siyasi mühit formalaşacaq və proses qaldığı yerdən davam edəcək".

Proses davam edəcəyi təqdirdə, bundan hamının mənfəət götürəcəyini ifadə edən türkiyəli nazir təkcə Türkiyə və Ermənistanın deyil, bütün bölgə ölkələrinin, başda ABŞ, Rusiya və Fransa olmaqla bütün beynəlxalq ictimaiyyətin prosesdən qacanclı çıxacağını bildirib: "Amma bu qazancın nəticələrinin hamıya və ədalətli şəkildə paylanılması lazımdır. Bu qazanclardan hamının istifadə etməsi lazımdır".

Əhməd Davudoğlu məlumat verib ki, məsələni ABŞ-ın dövlət katibi Hillari Klintonla da müzakirə ediblər. Əldə olunan məlumatlara görə, Hillari Klinton iki ölkə arasındakı prosesin davam etdirilməsinin vacibliyini xüsusi vurğulayıb.

Milli.Az