Türkiyənin Hatay səhərində terakt törədilib - YENİLƏNİB - VİDEO - FOTO

27 Oktyabr 2020 06:38

06:38

Türkiyədə şübəhili bilinən terrorçuların ikisi də zərərsizləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Daxili İşlər Naziri Süleyman Soylu öz "Twitter" hesabında yazıb.

Qeyd edək ki, Hatay vilayətinin İşkəndərun şəhərində partlayış baş vermişdi.

26.10.2020

23:39

Milli.Az Trend-ə istinadən bildirir ki, Hatay vilayəti valisi Rəhmi Doğanın verdiyi açıqlamaya görə, əməliyyat zamanı təhlükəsizlik qüvvələri İskəndərunda şübhəli bilinən iki terrorçudan birini zərərsizləşdirib:

"Təhlükəsizlik qüvvələrimiz tərəfindən Payas nəzarət-buraxılış məntəqəsində şübhəli bilinən iki terrorçudan biri təqib nəticəsində İskəndərunda zərərsizləşdirilib və həmin vaxtda partlayış baş verib. Heç kim həlak olmayıb. Əməliyyat davam edir".

---------

23:15

Türkiyənin Hatay şəhərində öncə silah, daha sonra isə partlayış səsləri eşidilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, xüsusi təyinatlı polislər ərazini mühasirəyə alıb.

İlkin iddiaya görə PKK terrorçuları tərəfindən terakt törədilib.

Milli.Az