ABŞ-da keçiriləcək seçkilərdə 60 milyondan çox insan vaxtında əvvəl səs verib

26 Oktyabr 2020 22:15

Noyabr ayında ABŞ-da keçirilən ümumi seçkilərdə 60 milyondan çox ölkə vətəndaşı vaxtından əvvəl səs verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, müvafiq hesablamalar United States Elections Project layihəsində dərc edilib.

Məlumata əsasən, ümumilikdə ABŞ-da 60 082 857 nəfər artıq vaxtından əvvəl səs verib. Bunlardan 40,1 milyondan çoxu poçtla, 19,9 milyonu isə şəxsən.

Səs verənlərin təqribən 48,9% -i Demokratik Partiyanın tərəfdaşları, 28% -i Respublikaçılardır.

Milli.Az