Makronun İslam əleyhinə açıqlamaları onun dinləri anlamadığını nümayiş etdirir - Ərəb analitik

26 Oktyabr 2020 19:46

Fransa Prezidenti Emmanuel Makronun İslamla bağlı açıqlamaları onun İslamı, ümumiyyətlə dinləri anlamamasını nümayiş etdirir.

Milli.Az bildirir ki, bunu Trend-ə ərəb analitik Kamal əl-Halbavi deyib.

Onun sözlərinə görə, Fransanın islami baş örtüləri ilə bağlı əvvəlki mövqeyi də bu ölkədə azadlıq və bərabərlik məsələlərində ziddiyyət və ikili standartları üzə çıxarır:

"Fransa prezidentinin indiki mövqeyi nə İslama, nə də İslam peyğəmbərinə ziyan vurmayacaq. Dünya müsəlmanları əsl İslamla yaşamalı, Quranda deyildiyi kimi, bəşəriyyəti ruhlandırmalıdır".

O əlavə edib ki, müsəlmanlar aşkar cahillikdən üz döndərməlidir.

Milli.Az