Yığmamız ev oyununu Zaqrebdə keçirəcək

26 Oktyabr 2020 18:48

Millətlər Liqasının V turunda keçiriləcək Azərbaycan - Monteneqro oyununun yeri müəyyənləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, görüş Xorvatiyada baş tutacaq.

UEFA noyabrın 14-dəki matçın Zaqrebdəki "Maksimir" stadionunda keçirilməsini qərara alıb. Qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi hərbi vəziyyətlə əlaqədar olaraq ev oyunlarını alternativ ölkədə keçirir. Canni de Byazinin yetirmələri oktyabrın 13-də Kiprlə ev matçını (0:0) Albaniyanın Elbasan şəhərində keçirib.

Milli.Az