İsrail koronavirus peyvəndi hazırlayır

26 Oktyabr 2020 22:04

İsraildə koronavirus peyvəndi hazırlanacaq.

Milli.Az xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi yaxın vaxtlarda koronavirus əleyhinə peyvəndin sınaqdan keçiriləcəyini "Facebook" səhifəsində bildirib.

Dərmanın insanlar üzərində sınaqları noyabrın 1-də başlayacaq. İsrailin Bioloji Araşdırmalar İnstitutunun artıq Səhiyyə Nazirliyi və Helsinki Komitəsindən lazımi bütün təsdiqləri aldığı qeyd olunur. /medicina.az

Milli.Az