“Azərbaycanda müharibədir, toy edə bilmərik”

26 Oktyabr 2020 20:17

Türkiyənin məşhur müğənnisi Cem Belevi dörd ildir sevgili olduğu aktrisa Zehra Yılmazla toyunu təxirə salıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Z. Yılmaz məlumat yayıb. O, Azərbaycanın müharibə şəraitində olduğunu, bu səbəbdən nikahın tarixində dəyişiklik etdiklərini deyib:

"Azərbaycan işğal altında olan torpaqlarını xilas etmək üçün savaşır. Anam və atam Bakıda yaşayır. Bu mühitdə toy etməyimiz doğru deyil. Bu səbəbdən toy tarixini müvəqqəti olaraq təxirə saldıq".

Milli.Az