260 dəfə daha təhlükəli olan koronavirus - Dərman və vaksin tapmaqda problem

26 Oktyabr 2020 23:25

Yeni növ koronavirus aktiv şəkildə mutasiyaya uğrayır və 1 il əvvəlki virus ştammından 260 dəfə təhlükəlidir. Bu da virusa qarşı dərman və ya vaksin üçün problemlər yaradır.

Milli.Az xəbər verir ki, bunu Çinin Çjenzyan universitetinin alimləri bildirib.

Yeni elmi tədqiqatda 11 müxtəlif şəhərlərin pasiyentlərindən götürülün yaxma analizlər təhlil edilib.

Məlum olub ki, hər nümunə bir-birindən fərqlənən bir mutasiya idi.

Beləliklə, təkcə bir tədqiqatda 30 mutasiya aşkarlanıb ki, onlardan 19-u heç elmə məlum deyildi.

Mutasiya daha çox virusun xarici səthində olan zülal tac oxcuqlarında baş verir. Bu çıxıntılar virusun hüceyrəyə keçib yapışması üçün lazımdır. /medicina.az

Milli.Az