Saxta koronavirus peyvəndi barədə XƏBƏRDARLIQ

26 Oktyabr 2020 22:25

Mütəşəkkil cinayətkar qruplar koronavirus əleyhinə saxta dərman və peyvənd istehsalında çox aktivdirlər.

Milli.Az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Qada Vali deyib.

"Hökumətlər, xəstəxanalar və müxtəlif təşkilatlar qoruyucu vasitələr almağa tələsirlər, bu səbəbdən tələb çoxdur, buna görə saxta dərmanlar və saxta fərdi qoruyucu vasitələr istifadə üçün risklidir və mütəşəkkil cinayətkar qruplar bu sahədə aktivlik göstərir.

Onların peyvəndin hazırlanması dövrü boyunca aktiv olmasını gözləyirik", - deyə BMT rəsmisi xəbərdarlıq edib. /medicina.az

Milli.Az