Azərbaycan ermənilərin dinc yolla icra etmədikləri beynəlxalq qərar və qətnamələri hərbi yolla icra edir - Hərbi konfliktoloq

26 Oktyabr 2020 16:09

Azərbaycan ermənilərin dinc yolla icra etmədikləri beynəlxalq qərar və qətnamələri hərbi yolla icra edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu rusiyalı hərbi konfliktoloq Aleksandr Lifanov deyib.

O bildirib ki, son 25 il ərzində Azərbaycan öz hərbi gücünü artırıb: "İndi azərbaycanlıların çox güclü motivasiyası var. Onlar üçün bu, milli-azadlıq müharibəsidir".

Ekspert qeyd edib ki, münaqişə onilliklər boyunca dondurulmuş qalıb və bu amil erməniləri tam qane edib. Nəticədə Minsk qrupunun konstruktiv təklifləri Ermənistan tərəfindən qulaqardına vurulub.

Milli.Az