Koronavirusun mutasiyaya uğradığı araşdırıldı: QORXULU NƏTİCƏ

26 Oktyabr 2020 21:30

Böyük Britaniyanın SAGE elmi beyin mərkəzi SARS-CoV-2 virusunun mutasiyası ilə bağlı araşdırma aparıb.

Milli.Az xəbər verir ki, araşdırma nəticəsində virusun dəyişərək daha ölümcül vəziyyətə gəldiyi məlum olub.

Bildirilib ki, koronavirusun hazırkı halı əvvəlkindən daha yoluxucu və ölümcüldür.

SAGE mütəxəssisləri araşdırma çərçivəsində 1 avuqstdan əvvəl xəstəliyə yoluxanların öskürək və qızdırma kimi əlamətlərinin ortaya çıxmasından 13 gün sonra öldüyünü, 1 avqustdan sonrakı xəstələrdə isə bu zaman müddətinin yarıbayarı azaldığını müşahidə edib. Həmin dövrdən bəri kişilər 7,5 gün ərzində dünyasını dəyişibsə, qadınlarda bu ortalama 6 gün çəkib. (publika.az)

Milli.Az