Əliyar Əliyevin Qubadlıda çəkilmiş FOTOsunun rənglənmiş halı

26 Oktyabr 2020 15:08

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin Qubadlıda çəkilmiş fotosu həmin rayonun işğaldan azad edilməsi ilə əlaqədar olaraq yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, Rəsul Həsən adlı dizayner həmin tarixi fotonu fotoşop vasitəsi ilə rəngləyib, yenidən sosial şəbəkə hesabında paylaşıb.

Sözügedən foto 1980-ci illərdə Əliyar Əliyevin öz komandası ilə turnirdə iştirakı zamanı çəkilib.

Qeyd edək ki, Əliyar Əliyev öz könüllü dəstəsi ilə 4 günə Laçının 40 kəndini işğaldan azad edib, düşmənin 3 helikopterini vurub, salıb, Xocalı faciəsindən bir neçə gün sonra düşmənin 133 nəfərini öldürməklə Ermənistanda matəm elan etdirib. Hazırda Əliyar Əliyevin tələbələrindən biri general-mayor Mais Bərxudarov cənub cəbhəsindəki döyüşləri idarə edir və Füzuli, Cəbrayıl, Zəngilanın azad edilməsində xüsusi əməyi var. O, çıxışlarının birində Milli Qəhrəman Əliyar Əliyevə söz verdiyini, qəhrəmanın hədiyyə etdiyi bayrağı onun şəhid olduğu yerdə sancacağını açıqlayıb.

İsmayıl
Milli.Az