Ermənistan 65 mülki şəxsi öldürüb, 10-u uşaqdır

26 Oktyabr 2020 11:06

04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olmuş, 138 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Baş Prokurorluqdan verilən məlumata görə, hazırkı vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaq, 297 nəfər yaralanıb, onlardan 69 qadın, 32 uşaqdır.

Milli.Az