Rusiyada koronavirusdan daha 229 nəfər öldü

26 Oktyabr 2020 11:45

Rusiyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 16 710 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin COVİD-19-la mübarizə üzrə operativ qərargahından bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 513 877 nəfərə çatıb. Aktiv xəstə sayı 349 305 nəfərdir.

Bildirilir ki, ötən sutka koronavirusdan 229 nəfər ölüb, 7 704 nəfər isə sağalıb. Hazırkı dövrədək sağalanların ümumi sayı 1 138 552 nəfər, ölənlərin ümumi sayı isə 26 050 nəfər təşkil edir.

Milli.Az