"Ronadunun tibbi protokola əməl etmədiyini istintaq sübut edir" - Nazir

26 Oktyabr 2020 20:42

İtaliya idman naziri Vinçentso Spadafora Portuqaliya millisi və "Yuventus"un hücumçusu Kriştianu Ronaldunun karantin qaydalarını pozduğunu növbəti dəfə açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, istintaqın artıq bunu sübut etdiyini bildirib: "Ronaldo tibbi protokola əməl etməyib. İstintaq bunu sübut edir".

Nazir deyib ki, Ronaldu oktyabrın əvvəlində "Yuventus"da koronavirus aşkarlanan zaman o da oteldə karantində qalmalı idi. Ancaq futbolçu həmin vaxt Portuqaliya millisinin düşərgəsinə gedib.

Qeyd edək ki, oktyabrın 13-də Ronaldu da koronavirus aşkarlanıb. Ertəsi gün 35 yaşlı oyunçu Turinə qayıtmaq və karantini orada keçirmək qərarına gəlib. Buna səbəb Portuqaliyadan fərqli olaraq, İtaliyada təcrid olunma 14 gün deyil, 10 gün olmasıdır.

Milli.Az