Birmərtəbəli ev yanıb

25 Oktyabr 2020 23:15

Şəki şəhərində ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 40 m² olan birmərtəbəli evin dam örtüyü 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi və ev əşyaları qismən yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az