Klopp "Liverpul"dan ayrılmağa hazırlaşır

25 Oktyabr 2020 19:34

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandadan ayrıla bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, alman mütəxəssis "qırmızılar"la yollarını ayırmağa qərar verib. Bu barədə qərarının qəti olduğu bildirilən mütəxəssis, Mersisayd klubundakı karyerasının başa çatdığını düşünür.

Məlumata görə, "Liverpul" Kloppdan sonra baş məşqçi postuna iki namizəd də müəyyənləşdirib. Bunlar son olaraq "Tottenhem"də çalışan Maurisio Poçettino və "Lids"in baş məşqçisi Marselo Byelsadır.

2015-ci ildən "Liverpul"u çalışdıran Klopp komandayla Premyer Liqa və Çempionlar Liqası çempionluğunu qazanıb.

Milli.Az