Düşmən itki verərək geri çəkilməyə məcbur edilib - VİDEO

25 Oktyabr 2020 19:24

Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildiriblər.

Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.

Ələ keçirilən hərbi qənimətlərin görüntülərini təqdim edirik.

Milli.Az