“Qarabağ” “Zirə” ilə bərabərə qaldı

25 Oktyabr 2020 18:59

Bu gün Azərbaycan Premyer Liqasında VII turun son iki oyunu keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu qarşılaşmalarla çempionatın I dövrəsinə yekun vurulub.

Günün ilk görüşündə "Sabah" "Sumqayıt"ı qəbul edib və 1:2 hesabı ilə uduzub.

Günün ikinçi matçında isə "Qarabağ" səfərdə "Zirə" ilə bərabərə qalıb - 0:0.

Azərbaycan Premyer Liqası
VII tur
25 oktyabr (bazar)
 
14:00. "Sabah" - "Sumqayıt" - 1:2
Qollar: Cavid İmamverdiyev, 64 (avtoqol) - Əli Qurbani, 27, Səbuhi Abdullazadə, 90+5
 
16:00. "Zirə" - "Qarabağ" - 0:0
Qırmızı vərəqə: Rahil Məmmədov, 68

Milli.Az