“ABŞ-ın Əfqanıstanda olması təhlükəsizlik üçün yaxşıdır” - Putin

25 Oktyabr 2020 16:01

ABŞ hərbçilərinin Əfqanıstanda davamlı olması ümumi təhlükəsizlik üçün faydalıdır.

"Qafqazinfo"nun "TASS" agentliyinə istinadən məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalında "Moskva.Kreml.Putin" proqramında bildirib.

"İlkin olaraq Əfqanıstanda Amerika qoşunlarının olmasını dəstəkləyirdik, bir vaxtlar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə səs verdik. Hələ də amerikalıların Əfqanıstanda olmasının xarici maraqlarımıza zidd olmadığına inanıram.

Əksinə, ABŞ-ın hərbi kontingentlərini geri çəkməyə hazırlaşdıqları deyilən zaman , - bəli, rəsmi mövqeyimiz ondan ibarət idi ki, bu bir növ əfqan barışığı üçün əlavə şərtlər yarada bilər ,- ancaq şəxsən mən düşünürəm ki, bir çox risklər də yaranır. Birincisi, sabitliyi qorumaq üçün əlavə pul ayırmaq məcburiyyətində qalacağıq. İkincisi, hər şeyə baxmayaraq amerikalıların Əfqanıstanda olması ölkədəki sabitliyə kömək edir və onların getməsi risklər yaradır", - deyə Putin qeyd edib.

Eyni zamanda, o, iki ölkənin xüsusi xidmət orqanlarının bu istiqamətdə işlərinin davam etdirilməsinə də diqqət çəkib: "Amerikalıların Əfqanıstandakı işləri bizim tərəfimizdən antiterror işi kimi qəbul edilir".

Milli.Az