Qətərin “Əl-Meera” marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina edib

25 Oktyabr 2020 14:56

Qətərdə fəaliyyət göstərən "Əl-Meera" marketlər şəbəkəsi Fransa istehsalı olan məhsulları boykot edərək onları satmaqdan imtina edib.

AZƏRTAC "Əl-Meera"nın "Twitter" hesabında paylaşdığı açıqlamaya istinadla xəbər verir ki, marketlər şəbəkəsinin bu qərarına səbəb Fransada Məhəmməd Peyğəmbərin karikaturasının yayılması, rəsmi şəxslərin isə bunu söz, fikir və vicdan azadlığı adlandırmasıdır.

Qeyd olunub ki, "Əl-Meera" xalqın maraqlarına, adət-ənənələrə, inanca və müqəddəslərə böyük hörmətlə yanaşaraq xidmət göstərir. Bu kimi hərəkətlər söz və vicdan azadlığı deyil, təfriqə yaratmaqdan ibarətdir.

Marketlər şəbəkəsi Qətər ərazisindəki bütün mağazalarında Fransa məhsulları yığışdırıb.

Milli.Az