"Bavariya"da ciddi itki - 2 ay oynamayacaq

25 Oktyabr 2020 14:30

"Bavariya"nın futbolçusu Alfonso Devis zədələnib. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi Bunesliqanın 5-ci turunda "Ayntraxt"la matçın 3-cü dəqiqəsidə (5:0) xəsarət alıb. Futbolçu oyuna davam edə bilməyib və əvəzlənib.

Baş məşqçi Hans-Diter Flik isə açıqlamasında  kanadalı oyunçunun təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.
 
Qeyd edək ki, A.Devis 2018-ci ildən Münhen təmsilçisinin əsas komandasında çıxış edir.

Milli.Az