""Qarabağ"la oyunu kənardan izləmək çətin idi"

25 Oktyabr 2020 13:03

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Makkabi"nin (Təl-Əviv) baş məşqçisi Yorqos Donis Ağdam təmsilçisi ilə matçdan (1:0) danışıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, cəza səbəbindən oyunda texniki zonada yer almayan 51 yaşlı yunanıstanlı baş məşqçi görüşü kənardan izləməyin çətin olduğunu vurğulayıb:

"Bəzən kənardan baxanda müəyyən üstünlüklər olur. Amma oyunçuların məşqçinin yaxınlığını hiss etmələri vacibdir. Bu baxımdan çətin oldu. Lakin önəmli olan qələbə qazanmağımızdır".

Qeyd edək ki, Qurban Qurbanovun kollektivi ilə Təl-Əviv təmsilçisinin arasında növbəti matç 3 dekabrda oynanılacaq.

Milli.Az